Somalidə iki partlayış - Ölən və yaralananlar var

somalide-iki-partlayis
Oxunma sayı: 678

Somalinin paytaxtı Moqadişoda 2 partlayış baş verib.

“Qafqazino” xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata əsasən, cümə günü şəhərdə 2 minalanmış avtomobil partladılıb. Onlardan biri prezident sarayının yaxınlığında, digəri isə oteldən bir qədər aralıda baş verib. Hadisə nəticəsində 18 nəfər həlak olub, daha 20 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Partlayışdan sonra silah səsləri gəlib.

Terror aktına görə məsuliyyəti “Aş-Şəbab” qruplaşması üzərinə götürüb.