Son anda intihar fikrindən daşındı

son-anda-intihar-fikrinden-dasindi
Oxunma sayı: 1050

Tərtər rayonunda bir nəfər dördmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
 
FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, Nazirliyin Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
 
Vətəndaşla aparılmış psixoloji söhbətlər nəticəsində o, intihar etmək fikrindən daşınıb.