Sonsuzlaşdırılan qadınlar hədiyyə qazanacaqlar

sonsuzlasdirilan-qadinlar-hediyye-qazanacaqlar
Oxunma sayı: 638

Əhalisinin sayına görə, dünyanın ikinci ən böyük ölkəsi olan Hindistanın Racistan vilayətində sonsuzlaşdırılmağa razı olan qadınlar “mükafatlandırılacaqlar”.

1,2 milyard əhalisi olan ölkənin 68 milyon insanın yaşadığı Racistan vilayətini rəhbərliyi sonsuzlaşdırılmağı qəbul edən qadınlara mətbəx robotundan avtomobilədək müxtəlif mükafatlar təklif edir.

Əyalət rəsmilərinin bu təşəbbüsü hökumətin 1970-ci illərdə hazırladığı məcburi sonsuzlaşdırma proqramından sonra şübhə ilə yanaşılan bu üsulla bağlı mübahisələri yenidən gündəmə gətirib.



azerimuslims