Söyüşlü plakat üçün fantastik ideya – Foto

soyuslu-plakat-ucun-fantastik-ideya-foto
Oxunma sayı: 672

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, “Karşıyaka” – “Göztepe” oyununda ev sahiblərinin azarkeşləri stadiona təhqiredici plakat keçirmək üçün orijinal üsuldan istifadə ediblər. Plakatda adi gözlə oxuna bilməyən və “QR Kod” adı verilən bir təsvir yer alıb. Yalnız 3G texnologiyasını dəstəkləyən telefonlar vasistəsi ilə oxuna bilən plakatın üzərində “Göztepe” klubunun ünvanına təhqiramiz ifadələrin yer aldığı məlum olub. Stadionlarda təhqiredici plakatlara qarşı tətbiq olunan senzuranın bu üsulla dəf edilməsi İngiltərə mətbuatının da diqqətini çəkib.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası nizam-intizam komitəsi bu hadisə ilə bağlı yekun qərar verməyib. Komitənin “Karşıyaka” klubuna böyük cəza kəsəcəyi gözlənilir.

Ceyhun Əhmədov