“Sportinq”in baş məşqçisi “Qarabağ”la oyun üçün azarkeşlərə səsləndi

sportinqin-bas-mesqcisi-qarabagla-oyun-ucun-azarkeslere-seslendi
Oxunma sayı: 2147

““Qarabağ” Azərbaycanda son 5 ilin çempionudu. Onlar ötən il “Sportinq”i mübarizədən kənarlaşdıran “Atletiko” ilə heç-heçə oynayıblar. Rəqibimiz topla oynamağı sevən komandadı”.

“Qaqfazinfo” xəbər verir ki, bu fikirləri Portuqaliyanın “Sportinq” klubunun baş məşqçisi Joze Pezeyru Avropa Liqasının qrup mərhələsinin ilk turunda qəbul edəcəkləri “Qarabağ”la oyun öncəsi bu gün keçirdiyi mətbuat konfransında bildirib.

“Qarabağ” haqda danışan 58 yaşlı portuqaliyalı mütəxəssis rəqibin potensialına yaxşı bələd olduqlarını deyib:

““Qarabağ”ı tanıyır və bizi nə gözlədiyini bilirik. Avropa Liqasına yaxşı start götürməyimiz çox vacibdi. İlk matç üçün xüsusi oyun planı və strategiyamız var. Amma “Qarabağ”la bağlı daha çox şeyi araşdırmalıyıq. Sabah da meydana ən yaxşısını etmək üçün çıxacağıq. Əsas diqqətimiz məhz bu oyunda olmalı, rəqibdən daha çox qol vurmalıyıq”.

Pezeyru komandanın zədəli hücumçusu Bas Dostun yoxluğuna da toxunub:

“O, zədəlidi, amma eybi yox. Bas Dostu əvəz edə biləcək başqa futbolçularımız var. O, zədəsini sağaldıb, tezliklə sıraya qayıtmaq haqda düşünməlidi”.

Baş məşqçi sonda azarkeşlərə səslənərək, sabah komandaya dəstək olmaq üçün onlara müraciət etdiyini söyləyib:

“Ümid edirəm ki, sabah hamınız stadionda olacaqsınız. “Sportinq” ötən mövsüm Avropa Liqasında yaxşı təsir bağışladı. Yalnız müəyyən səbəblərə görə “Atletiko”ya uduzaraq, turnirlə vidalaşdı. Bu isə göstərir ki, biz yaxşı işlər görə bilərik”.

Qeyd edək ki, “Sportinq” - “Qarabağ” oyunu 20 sentyabrda Bakı vaxtı ilə 23:00-da başlayacaq.