STP Tacikistana kabel ixrac edəcək

stp-tacikistana-kabel-ixrac-edecek
Oxunma sayı: 1147

“Sumqayıt Texnologiyalar Parkı” MMC ilə Tacikistanın “Tacikgidroelektromontaj” ASC arasında iri həcmli kabel satışı ilə bağlı müqavilə imzalanıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, ilkin razılaşmanın şərtlərinə əsasən texnoparkın tərkibinə daxil olan regionun ən iri və yüksək texnologiyaya malik Kabel zavodu cari ilin iyun ayına qədər sifarişçiyə Tacikistan Respublikasında həyata keçiriləcək “Ravşan yarımstansiyasının inşaası və yenidənqurulması” layihəsində istifadə üçün alçaq, orta və yüksək gərginlikli güc kabelləri ixrac edəcək.

Qeyd edək ki, STP-nin Kabel zavodunda 28 000 çeşiddə 500 kV-a qədər orta, yüksək, və ifrat yüksək gərginlikli güc naqilləri, stasionar və qeyri-stasionar qoyuluşlu, idarəetmə, XLPE, koaksial, gəmi, neft quyularında tətbiq olunan zirehli, müxtəlif növlü optik telefon, LAN, yüksək temperatura davamlı, qalayla örtülü damarlı torpaqlama kabellər istehsal olunur və müştərilərə təklif edilir. Zavodun yüksək texnologiyalar əsasında istehsal etdiyi məhsullar rəqabətqabiliyyətli olub, həm yerli, həm də xarici bazarlarda geniş yayılıb.