Su pulunu internetlə ödəyəcəyik

su-pulunu-internetle-odeyeceyik
Oxunma sayı: 648

Bundan sonra abunəçilər içməli sudan istifadə və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcları plastik kartlar vasitəsi ilə səhmdar cəmiyyətin internet səhifəsindən istifadə etməklə ödəyə bilərlər. “Azərsu” ASC-nin Mətbuat xidməti
və ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, bunun üçün www.azersu.az saytındakı “onlayn ödəniş” bölməsini seçmək, abonent kodunu daxil etməklə əməliyyatı plastik kartlarla KÖMİS və Golden Pay sistemləri vasitəsi ilə həyata keçirmək olar. Abunəçilər ödənişləri www.quick.az, www.hesab.az veb saytlarından istifadə etməklə, həmçinin Pay Point ödəmə terminalları vasitəsi ilə də həyata keçirmək mümkündür. Yeni ödəniş sistemlərinin tətbiqi abunəçilərin işini asanlaşdıracaq, ödəmələrdə nəzarətçilərlə təmasa son qoymaqla neqativ halları birdəfəlik aradan qaldıracaq.
“Azərsu” ASC bir daha abunəçilərin nəzərinə çatdırır ki, içməli su təchizatı və kanalizasiya xidmətlərinin dəyərini heç bir halda nəzarətçiyə ödəməsinlər. Onlar ödənişləri bank və poçt şöbələrində, Pay Point terminallarında, internet vasitəsi ilə plastik kartlarla apara bilərlər.

Nigar Məmmədli