Sumqayıtda avtobus atəşə tutulub? - Rəsmi açıqlama

sumqayitda-avtobus-atese-tutulub
Oxunma sayı: 9831

Sumqayıt şəhərində 17-ci mikrorayonda atəş səsləri eşidilib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə şahidlərinin “Baku.ws”ə verdiyi xəbərə görə, naməlum şəxs “Gold Palace” şadlıq sarayının qarşısında 7 nömrəli avtobusa atəş açıb. Avtobusun şüşələrinin sındığı bildirilr.

Ölən və ya yaralanlar barədə məlumat yoxdur. Hazırda ərazidə təhlükəsizlik tədbirləri görüldüyü və yolda hərəkətin polis tərəfindən məhdudlaşdırıldığı bildirlir. 

Sahə müvəkkili məlumatı nə təkzib, nə də təsdiq edib.

***

Baş Prokurorluq Sumqayıt şəhərində marşrut avtobusunun atəşə tutulması barədə məlumatlara aydınlıq gətirib.
 
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya deyib ki, bu barədə sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.
 
“Belə ki, 7 saylı marşrut avtobusuna kənardan daş atılaraq şüşələri sındırılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, hazırda inzibati xətanı törədən şəxs və ya şəxslərin müəyyən olunaraq tutulması istiqamətində zəruri tədbirlər davam etdirilir”.