Sumqayıtda hamilə qadını arı sancdı - Şoka düşdü

sumqayitda-hamile-qadini-ari-sancdi
Oxunma sayı: 2769

 Sumqayıt şəhərində hamilə qadın şok vəziyyətinə düşüb.

“Qafqazinfo”nun "Report"a istinadən məlumatına görə, Corat qəsəbəsində yaşayan 1996-cı il təvəllüdlü Sumqayıt şəhər sakini Qarayeva Türkan Vaqif qızını arı sancıb.
Nəticədə 6 aylıq hamilə olan qadın şok vəziyyətinə düşüb. Dərhal xəstəxanaya çatdırılan T.Qarayevanın vəziyyəti ağır olduğundan o, Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Bakı sakini arı sancmasından ölüb.