Sumqayıtda itkin düşən 2 gəncin axtarışına helikopter cəlb edilib

sumqayitda-itkin-dusen-2-gencin-axtarisina-helikopter-celb-edilib
Oxunma sayı: 1645

Aprelin 18-i Sumqayıt şəhəri ərazisindən dənizə çıxdığı ehtimal edilən 2 nəfərin, 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən davam etdirilir.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, bu gün səhər saatlarından etibarən axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri cəlb olunub.