Sumqayıtda şadlıq sarayında yanğın - Video+Yenilənib

sumqayitda-sadliq-sarayinda-yangin
Oxunma sayı: 7670

Sumqayıtda şadlıq sarayında yanğın başlayıb.

"Qafqazinfo" xəbər verir ki, hadisə 17-ci mikrorayonda yerləşən "Nur" şadlıq sarayında qeydə alınıb.

Yanğın toy məclisi olan zaman restoranın mətbəxt bacasından başlayıb. Toyda iştirak edənlər təxliyyə olunub.

Hadisə yerində FHN-in yanğınsöndürənləri cəlb olunub.

***

Sumqayıt şəhərində “Nur” şadlıq sarayında baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri tərəfindən söndürülüb.

FHN-dən "Qafqazinfo"ya verilən məlumata görə, yanğın zamanı şadlıq sarayında olan 300 nəfərə qədər vətəndaş və 60 nəfər personal təhlükəsiz əraziyə təxliyə edilib.

Xəsarət alan olmayıb.