Sumqayıtda yaşayış binasında yanğın, 8 sakin təxliyə edilib

sumqayitda-yasayis-binasinda-yangin-8-sakin-texliye-edilib
Oxunma sayı: 1582

Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın olub.
 
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, binanın dördüncü mərtəbəsində ümumi sahəsi 65 kv.m olan 3 otaqlı mənzilin 1 otağında 2 ədəd ev avadanlığı yanıb.
 
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.