Sürücünü bıçaqlayan dəstənin arasında qadın da var

surucunu-bicaqlayan-destenin-arasinda-qadin-da-var
Oxunma sayı: 648

Bakı Şəhər Baş Polis İdarəsi Mətbat Xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, Qum adasında naməlum şəxslər maşını saxlayıb, sürücü Ə.Əliquliyevə bıçaqla kəsilmi-deşilmiş xəsarətlər yetirərək avtomaşını əlindən alıblar. Zərərçəkmiş klinik mərkəzə müraciət edib, mərkəzdən Süraxanı RPİ 30-cu PB-yə məlumat verilib. Polis Bakının bütün rayonlarında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları quldurluqda şübhəli bilinən şəxsləri avtomobilə birlikdə Bakıxanov qəsəbəsi ərazisində «isti izlər»lə yaxalamağa müvəffəq olublar. Saxlanılan şəxslər Bakı şəhər sakinləri Fərid Əliyev, Ramin Rəhimov və Aysel Mustafayevadır.

Hazırda Suraxanı RPİ-də AR CM-nin 181-ci (Quldurluq) maddəsi ilə cinayət işi qaldırılıb, istintaq hərəkətləri davam etdirilir.