Syerra-Leonedə təbii fəlakətdə ölənlərin sayı 409-a çatdı

syerra-leonede-tebii-felaketde-olenlerin-sayi-409-a-catdi
Oxunma sayı: 644

Qərbi Afrika ölkəsi Syerra-Leonenin paytaxtı Freetownda daşqın və sürüşmələrin nəticəsində həlak olanların sayı 409-a çatıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, BMT rəsmiləri paytaxt şəhərdə xilasetmə fəaliyyətlərinin davam etdiyini, indiyədək 409 nəfərin meytinin çıxarıldığını, ancaq hələ də xeyli insanın itkin olduğunu bildirib.

Daşqın və sürüşmələr nəticəsində həyatını itirən şəxsiyyəti naməlum insanlar üçün də ölkədə kütləvi cənazə mərasimi keçirilib.

Ölkənin telekommunikasiya nazirinin müavini Deveaux xeyli sayda insanın itkin olduğunu bildirmişdi.