Tacikistanda neft emalı zavodunda partlayış - Ölü və yaralılar var

tacikistanda-neft-emali-zavodunda-partlayis
Oxunma sayı: 666

Tacikistanın Gülüstan şəhərində “Manifiat” neft emalı zavodunda yanğın, ardınca isə partlayış baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yanğına səbəb təhlükəsizlik qaydalarına əməl edilməməsi göstərilir. Nəticədə zavodun bir işçisi ölüb, ikisi yaralanıb. 

Faktla bağlı araşdırma başlayıb.