Tailandda təlim təyyarəsi qəzaya düşüb, pilot ölüb

tailandda-telim-teyyaresi-qezaya-dusub-pilot-olub
Oxunma sayı: 637

Tailand hərbi-hava qüvvələrinə məxsus L-39 təlim-məşq təyyarəsi qəzaya düşüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə qolf meydançasına düşüb və partlayış baş verib. Qəzada iki pilotdan biri ölüb. 36 yaşlı mayorun cəsədi qəza baş verən ərazinin yaxınlığında tapılıb. 

Digər pilot, 42 yaşlı polkovnik isə kritik vəziyyətdə xəstəxanaya çatdırılıb, həkimlər onun həyatını xilas edə biliblər. 

Qəzanın hansı səbəbdən baş verməsi araşdırılır.