Taksi sürücüsü istirahət mərkəzinə gətirdiyi müştərisinin pullarını oğurladı

taksi-surucusu-istirahet-merkezine-getirdiyi-musterisinin-pullarini-ogurladi
Oxunma sayı: 1747

Bakı şəhər sakini Adilxan Məmmədov Qusar RPŞ-nə müraciət edərək, Qusar rayonu ərazisində yerləşən otellərin birində istirahət edən zaman 1300 manat və 100 ABŞ dollar pulunun oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, qeyd olunan cinayəti zərərçəkmişi istirahət mərkəzinə gətirən taksi sürücüsü, 30 yaşlı Fərid Məmmədov törədib. Həmin sürücü Qusar RPŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri Mərdəkan qəsəbəsi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.

Dindirilmə zamanı F.Məmmədov törətdiyi cinayət əməlini etiraf edərək, zərərçəkənin pullarını oğurluq yolu ilə əldə etdiyini bildirib. Oğurladığı pulların 200 manatını xərcləsə də, 1100 manat və 100 ABŞ dolları maddi sübut kimi ondan götürülüb.

Faktlarla əlaqədar Qusar RPŞ-nin TB-də araşdırmalar aparılır.