Taksiləri soyan şəxslər tutuldu

taksileri-soyan-sexsler-tutuldu
Oxunma sayı: 1239

Bakıda taksi sürücülərinə qarşı soyğunçuluq edən şəxslər saxlanılıb.

“Qafqazinfo” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhər sakini Kamil Nəcəfov Xətai Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, yanvarın 2-də iki nəfər tanımadığı şəxs onun taksi fəaliyyəti ilə məşğul olduğu “Mersedes” markalı nəqliyyat vasitəsinə müştəri kimi əyləşərək onları NZS qəsəbəsinə aparmağlarını xahiş ediblər. Deyilən ünvana çatanda isə avtomobilin salonunda olan sürücüyə məxsus dəyəri 445 manat olan “Samsung” markalı mobil telefon həmin şəxslər tərəfindən soyğunçuluq yolu ilə ələ keçirilib.

Cinayəti törətməkdə şübhəli bilinən Yevlax şəhər sakini Siyavuş Salmanov və Salyan rayon sakini İsa Quliyev saxlanılıb. Onların taksi fəaliyyəti ilə məşğul olan daha 6 sürücünün mobil telefonunu eyni üsulla ələ keçirdikləri məlum olub.

Murad Əhməd