Taksimdə Xocalı mitinqinə hazırlıq sürətləndi

taksimde-xocali-mitinqine-hazirliq-suretlendi
Oxunma sayı: 641

“Qafqazinfo”nun məlumatına görə, MHP millət vəkli Sinan Oğan mitinqin Türkiyə, Azərbaycandan və dünyanın bir çox yerindən gələn QHT-lər, millət vəkilləri və bu faciəyə biganə qalmayan vətəndaşlar tərəfindən təşkil edildiyini bildirib. O, təşkilati işlərin hər hansı bir şəxsə və ya qurumun deyil, bütövlükdə türk millətinin və minlərlə qəhrəmanın liderliyi ilə təşkil edildiyini vurğulayıb: “Bütün xalqımız, dərnəklərimiz və adsız qəhrəmanlarımız dəvətlidir”.

Fevralın 25-də Ankarada Türkiyə Azərbaycan Dərnəyi TAD Xocalı soyqırımı ilə bağlı konfransdan sonra fevralın 26-da Taksimdə mitinq başlayacaq: “26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı rayonunda ermənilərin törətdiyi soyqırımın bütün dünyada tanınması üçün 26 fevral 2012 tarixində saat 14.00-da Hepimiz Hocalılıyız, Hepimiz Mehmetiz deyə səslənmək üçün İstanbul Taksim Meydanında keçiriləcək mitinqdə bir araya gələcəyik”.

Səidə