TANAP layihəsinin baş icraçı direktoruna “Dostluq” ordeni verildi

tanap-layihesinin-bas-icraci-direktoruna-dostluq-ordeni-verildi
Oxunma sayı: 2780

Prezident İlham Əliyev Hüseyn Saltuk Düzyolun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin vaxtında və keyfiyyətlə icra olunmasında xidmətlərinə görə layihənin Baş icraçı direktoru Hüseyn Saltuk Düzyol “Dostluq” ordeni ilə təltif edilib.