Tanınmış aktyor qəzaya düşdü

taninmis-aktyor-qezaya-dusdu
Oxunma sayı: 1883

Türkiyəli aktyor Yağmur Atacanın idarə etdiyi avtomobil başqa avtomobillə toqquşub.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, zərbənin təsirindən aktyorun avtomobili maneələrə çırpılıb, digər avtomobil isə çevrilib.

Y.Atacan və maşında olan 8 yaşlı qızı xəsarət almayıb. Digər sürücü isə ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

Qəzadan sonra açıqlama verən aktyor yoldan şikayətlənib:

“Mən neçə dəfə bu yolla bağlı lazımi qurumlara şikayət etmişəm. Əgər tədbir görməsələr bu yolda daha çox qəza olacaq”.