Tanınmış cütlük əslində evli deyilmiş

taninmis-cutluk-eslinde-evli-deyilmis
Oxunma sayı: 1999

Bir müddət əvvəl boşanacaqları barədə xəbər yayılan Hollivud ulduzları Cennifer Eniston və Castin Terud haqqında yeni bir iddia ortaya atılıb. 

“Qafqazinfo” xəbər verir ki, 49 yaşlı aktrisa ilə 43 yaşlı aktyorun nikah bağlamadığı məlum olub.  Bu barədə məşhur “TMZ” xəbər portalı məlumat yayıb.

Bildirilib ki, 2015-ci ildə Kaliforniyada dəbdəbəli şəkildə toy edən cütlük münasibətlərini rəsmiləşdirməyiblər. 

176 milyon dollar sərvəti olan Eniston və mülkləri olan Teru isə mövzu ilə bağlı açıqlama vermək istəməyiblər.