Tatlısəs Bakıya gəlir

Tatlısəs Bakıya gəlir
Oxunma sayı: 169

“Qafqazinfo” SİA-ya istinadən xəbər verir ki, bu gecə paytaxtımıza gələcək ifaçı 5 gün qonağımız olacaq. İbrahim Tatlısəsin gəliş səbəbi isə müayinədən keçməkdir. Beynindən ağır güllə yarası alan Tatlısəs yerli həkimlərimizə müraciət edəcək.

Bununla yanaşı müğənni paytaxtımızın gözəl məkanlarında istirahət etməyi də planlaşdırır.

Xatırladaq ki, İbrahim Tatlısəs 2011-ci ilin martında silahlı hücuma məruz qalaraq başından güllə yarası alıb. Nəticədə onun sol əl və ayağı iflic olub. Müğənni sol əl və ayağının hərəkət qabiliyyətinin bərpası üçün fizioterapiya kursu keçir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi