Tatlısesi vurduran şəxsə- - 36 il cəza+Video

tatlisesi-vurduran-sexse-
Oxunma sayı: 3190


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, cinayət işinə baxan Apelyasiya Məhkəməsi İstanbul 17. Ağır Cəza Məhkəməsinin hökmünü qüvvədə saxlayıb. 

İstanbul 17.Ağır Cəza Məhkəməsinin hökmünə görə sui-qəsdin təşkilatçısı Abdullah Uçmak da daxil olmaqla, cinayətin törədilməsində iştirak edən 12 nəfər 3 ildən 36 ilədək azadlıqdan məhrum ediliblər. A.Uçmak 36 il 6 ay, atəş açan Ersin Altun isə 30 il 1 ay müddətinə həbs olunub. 

Qeyd edək ki, 14 mart 2011-ci ildə İbrahim Tatlısəs köməkçisi Buket Çakıcı ilə “İbo Show” proqramının çəkilişindən çıxarkən 5 nəfərin silahlı hücumuna məruz qalıb və başından güllə yarası almışdı. Hadisə zamanı müğəninin köməkçisi də yaralanmışdı.