Tbilisidə etiraz aksiyaları səngimək bilmir - Video

tbiliside-etiraz-aksiyalari-sengimek-bilmir
Oxunma sayı: 1911

Gürcüstan müxalifəti fasilə vermədən etiraz aksiyası keçirir.

“Qafqazinfo” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Tbilisidə parlamenti qarşısına toplaşan aksiya iştirakçılarının əsas tələbi Daxili işlər naziri Qeorqi Qaxarianın istefasıdır.

Parlamentin binası qarşısındakı Rustaveli prospektində avtomobillərin hərəkəti dayandırılıb. Etiraz aksiyasının təşkilatçıları tələblərinə heç bir dəyişikliyin edilməyəcəyini bildiriblər.

Nümayişçilərə bu gün mandatı və toxunulmazlığı ləğv edilən "Vahid Milli Hərəkat" partiyasının deputatı Nikanor Melin də qoşulub.