Tbilisidə yaşayış evi partladı - Yaralılar var

tbiliside-yasayis-evi-partladi
Oxunma sayı: 816

Tbilisinin Çiladze küçəsində yaşayış evində qaz partlayışı olub.

“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, partlayış nəticəsində 3 nəfər yaralanıb. İnsidentin baş verdiyi ev icarəyə götürülüb.

İlkin ehtimala görə, partlayış qaz ventilinin açıq qalması və evə qaz dolması nəticəsində baş verib.