“Tənbəlliyimə səbəb ailəmdir..”

tenbelliyime-sebeb-ailemdir
Oxunma sayı: 1867


“Efirlərdə görünməməyimin səbəbi işlərimin çox olmasıdır. Əsasən də öz ailə həyatıma başım qarışıb. Ailə həyatımı yaşayıram. Evə, balacalara çox vaxt ayırıram. Sənətimdəki göstərdiyim tənbəlliyimin səbəbi ailəmdir”

İfaçı yeni yaradıcılıq işlərindən də söhbət açıb:.

Yeni mahnılar çoxdur, artıq üzərində çalışıram. Yeni klip də olacaq. Bu il mütləq konsert verəcəm. Gənc ifaçılar Yaşar Yusub, Vüsal Hacıyev  mənim yaxın dostlarımdır. Onlar çox təkid edir  ki, konsert edim.  Dostlarımın istəyini bu il nəzərə almalı olacam. Yaşarla iki-üç gün öncə dedi ki, qardaş oxuya bilirsən, niyə oxumursan, konsert vermirsən? Konsert vermək asan məsələ deyil.  Bunun maliyyə tərəfi var, prodüser işi var.Qəliz məsələyə vaxt ayıra bilmirəm, amma  planlaşdırıram. Tənbəlliyim var. Yaşarın sözündən sonra konsert verməyə həvəsim artdı”. 

Qısa müddədə xeyli kilo alan Qasımov  arıqlamaq üçün dietaya başladığını qeyd edib:

“Artıq arıqlamağa qərar vermişəm. Çox gözəl dietoloqumuz var. Görürsünüz, Murad Arif necə arıqlayıb? Çöp kimi olub.Mən də dietoloq Leyla xanımın sözünə qulaq asıram. Yeməyi azaltmışam, çörəlk yemirəm, idmanla məşğul oluram. İnşallah tezliklə arıqlayacam”. 

Könül