Təqaüdçünü aldadıb pullarını oğurlayan şəxs tutuldu

teqaudcunu-aldadib-pullarini-ogurlayan-sexs-tutuldu
Oxunma sayı: 1756

Sabirabadda kartdan təqaüd pulunu oğurlayan şəxs tutulub.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, avqustun 21-də Sabirabad rayon Ulacalı kəndinin sakini rayon Polis şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək bildirib ki, bir gün əvvəl rayon ərazisində yerləşən "Kapital Bank"a məxsus bankomatdan təqaüdünü almaq üçün ora yaxınlaşıb, tanımadığı şəxsdən kömək istəyib, lakin sonuncu onu aldadaraq kartda pul olmadığını deyərək kartı qaytarıb. O, çox keçmədən hesabında olan 187 manatın çıxarıldığını, həmin şəxsin onu aldadaraq soyğunçuluq etdiyini anlayıb.

RPŞ-nin əməkdaşlarının “isti izlər”lə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş 48 yaşlı İlqar Eminov saxlanılıb. Dindirilmə zamanı o törətdiyi əməli etiraf edərək bildirib ki, kartda olan 187 manatı bankomatdan çıxararaq mənimsəyib.

Faktlarla bağlı Sabirabad RPŞ-də araşdırma aparılır.