“Tərəflər günahı bir-birinin üstünə atır”- - Minsk qrupu

terefler-gunahi-bir-birinin-ustune-atir-
Oxunma sayı: 1056



“Qafqazinfo” ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, monitorinq qrupunun tərkibində İqor Popov, Jak For, Ceyms Uorlik, fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi Anjey Kasprşiklə yanaşı, reginonda səfərdə olan Fransanın yeni həmsədri Pyer Andrie də olub. 

Bəyanatda qeyd olunur ki, səfərdə əsas məqsəd Dağlıq Qarabağdakı, Kəlbəcər və Laçındakı situasiya ilə tanış olmaq idi: “Həmin bölgələrə səfər zamanı infrastrukturda bəzi müsbət irəliləyişlər müşahidə etdilər, lakin son illərdə əhalinin sayında artımla bağlı hər hansı əlamət görmədilər”

Həmsədrlər həmçinin Sərsəng su anbarında olublar və onun statusunu müzakirə ediblər. Onlar tərəflərin bu su resurslarından birgə istifadəsi ilə bağlı razılığa gələcəklərinə ümid etdiklərini ifadə ediblər. Mayın 19-u Tərtər yaxınlığında qoşunların təmas xəttinə keçiblər və atəşkəs rejiminin pozulması faktı, eyni zamanda onun qurbanlarının davam etməsindən təəssüfləndiklərini bildiriblər. Bəyanatda bildirilir ki, atəşkəs rejiminin pozulmasının araşdırılmasında davamlı mexanizmin olmaması nəticəsində tərəflər günahı bir-birinin üztünə atır.