Tərtərdə İnam Kərimovla görüş olacaq

terterde-inam-kerimovla-gorus-olacaq
Oxunma sayı: 987

Kənd təsərrüfatı naziri İnam Kərimov noyabrın 17-də saat 11:00-da Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında  Bərdə, Ağcabədi, Ağdam, Tərtər və Laçın rayonlarının sakinləri ilə görüşəcək.  

“Qafqazinfo” xəbər verir ki, görüşdə iştirak etmək istəyənlər Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-352-65-01) müraciət edə bilərlər.  

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.