Tokio yaxınlığında 5,3 ballıq zəlzələ

tokio-yaxinliginda-53-balliq-zelzele
Oxunma sayı: 902

Yaponiyanın paytaxtı Tokio şəhəri yaxınlığında, Tiba prefekturasında 5,3 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Yaponiya Baş Meteoroloji İdarəsi məlumat yayıb. Zəlzələ ocağı yerin 50 kilometr dərinliyində qeydə alınıb. 

Ölü və dağıntılarla bağlı məlumat daxil olmayıb. Sunami təhlükəsi yoxdur.