Toliklə Elnarənin söz davası - “Buna şərait yaradırsan…”

tolikle-elnarenin-soz-davasi
Oxunma sayı: 3178

Müğənni Elnarə Xəlilova ilə prodüser Tarix Əliyev arasında qalmaqal baş verib. “Qafqazinfo” xəbər verir ki, sənətçi “ATV magazin onlarla” verilişinin çəkilişi üçün maraqlı obraz yaradıb. 

Proqramın müxbiri başına tac qoyan Xəlilovanın fotosunu instaqramda paylaşıb. Həmin şəkilə prodüser Tarix Əliyev (Tolik) şərh yazıb. 

O, “Daha bilmədi ki, nə ilə gündəmə gəlsin” yazaraq Elnarəyə söz atıb. İfaçının Tolikə cavabı gecikməyib: “Elnarə gündəmdədir, ola bilər bu, sənin gündəmin deyil”. 

 “Vallah tacla gündəmdə qalmaqdansa, qalmamaq yaxşıdır. Sənin səsin, sənətin var. Amma bəzilərinin buna ehtiyacı yoxdur. Özün buna şərait yaradırsan. Sözümü deməyə, irad tutmağa haqqım var. Ən azından çox işlər görmüşəm”- deyə prodüser rəy yazıb. 

Qeyd edək ki, Tolik aparıcılıq etdiyi “Hər şey daxil” verilişində xalq artisti Nazpəri Dostəliyevanın başına tac qoymuş, onun bu addımı müzakirələrə səbəb olmuşdu.