Tramp bir ilə 434 milyon dollar qazanıb

tramp-bir-ile-434-milyon-dollar-qazanib
Oxunma sayı: 644

Ağ Ev Prezident Donald Trampın gəliri haqqında hesabat yayıb. “Qafqazinfo”nun “CNN”ə istinadən xəbərinə görə, hesabatda bildirilir ki, Tramp ötən il azı 434 milyon dollar qazanıb.  Bu məbləğ 2017-ci ildə 450 milyon dollardan az olmayıb.

Qeyd olunur ki, Trampın hesabında daşınmaz əmlaklar, şirkətlər və s. daxil olmaqla ümumilikdə 552 aktiv var. Prezident ona 40,8 milyon dollar qazandıran “Trump International” hotelinə (Vaşinqton), həmçinin 22,7 milyon dollar əldə etdiyi “Mar-a-Laqo” istirahət mərkəzinə (Florida) sahibdir. 

“The New-York Times” nəşri xəbər verir ki, D. Tramp 1985-1994-cü illərdə 1,17 milyard dollar itirib.