Tramp bu ölkələri ərköyünlük etməkdə ittiham etdi

tramp-bu-olkeleri-erkoyunluk-etmekde-ittiham-etdi
Oxunma sayı: 1117

Amerika lideri Donald Tramp yenə sərt çıxışı ilə gündəmdədir. 

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, prezident Amerika və Çin rəsmiləri arasında ikinci dəfə aparılan ticarət danışıqlarından söz açarkən konkret ölkə adları çəkib, onların şıltaqlıq etdiklərini deyib. Müzakirələrin müsbət nəticələnməsindən şübhə etdiyini deyən Tramp “Çin çox şıltaq olub deyə, müzakirələrin uğurlu yekununa şübhə ilə yanaşıram. Avropa Birliyi və digər ölkələr də çox ərköyünləşib. Çünki onlar Amerikadan nə istəyiblərsə, 100 % əldə ediblər. Bunun belə davam etməsinə icazə verməyəcəyəm”,- söyləyib. Onun sözlərinə görə, AB, Yaponiya, Cənubi Koreya, həmçinin, başqa ölkələr illərdir ki, ABŞ-dan “çəllək dolusu” pul çıxarıb və buna görə də ticarət Amerika üçün həmişə təktərəfli olub.

Donald Tramp fikirlərinin davamı olaraq onu da qeyd edib ki, ABŞ illərdir Çin tərəfindən aldadılır: “Mən buna görə Çini günahlandırmıram. Ölkəmizin keçmişdəki liderlərini günahkar hesab edirəm”. 

Aysel Kərimova