Tramp Kimlə görüşəcək

tramp-kimle-gorusecek
Oxunma sayı: 696

ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen İnin ikinci sammiti olacaq.

“Qafqazinfo” “Röyters”ə istinadən xəbər verir ki, görüş fevralın sonunda keçiriləcək. Kimin müşaviri Kim Yon Çxol sammitin bəzi detallarını Trampla müzakirə etmək üçün Vaşinqtonda olub.

Liderlərin görüşəcəyi yer dəqiqləşdirilməyib.