BMT Baş Assambleyasında çıxış edən ABŞ prezidenti Donald Tramp narkotiklə mübarizə üçün beynəlxalq əməkdaşlıq çağırışı edib.
“Qafqazinfo” xəbər verir ki, onun sözlərinə görə, 2000-2015-ci illər arası narkotiklərdən ölüm halları dünyada 60 faiz artıb:
“Bu gün biz birlikdə narkotik təhlükəsi ilə bağlı mübarizə aparmağa söz veririk. Biz bütün dünyada saysız-hesabsız insan həyatını – milyonlarla həyatı xilas edə bilərik.
Narkotiklərin qanunsuz dövriyyəsi qanunsuz maliyyə axını, korrupsiya, terrorizmlə əlaqəlidir”.