Tramp onun məsləhəti ilə səfir təyin etdi

tramp-onun-mesleheti-ile-sefir-teyin-etdi
Oxunma sayı: 633

ABŞ prezidenti Donald Tramp republikaçı Kelli Roberti Sloveniyaya səfir təyin edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “New York Magazine” məlumat yayıb.

Nəşrin məlumatına görə, səfirin seçilməsində prezidentə Sloveniyada dünyaya gələn xanımı Melaniya Tramp köməklik edib.

“Ona (Melaniyaya-red) potensial namizədlərin siyahısı təqdim olunub. O, isə öz növbəsində Robertsi seçib. Çünki ona elə gəlirdi ki, ABŞ-ı biznes cəmiyyətinin üzvünün təmsil etməsi daha yaxşı olar”, deyə “New York Magazine” yazır.

Qeyd edək ki, Kelli Robertin Kaliforniya ştatında oteli, daha bir neçə müəssisəsi və Oreqon ştatında üzüm bağları var.