Tramp “Putini təbrik etmə!” məsləhətinə məhəl qoymayıb

tramp-putini-tebrik-etme-meslehetine-mehel-qoymayib
Oxunma sayı: 2474

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini iki gün öncə seçkilərdəki qələbəsi münasibətilə təbrik edib.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, o, Ukrayna və Suriyada artan silahlanma yarışının qarşısını almağı müzakirə etmək üçün görüşəcəklərini və bunun uzaq gələcəkdə olmayacağını bildirib.

Vladimir Putin böyük fərqlə, 76%-dən çox səslə dördüncü dəfə 6 il müddətinə prezident seçilib.

Donald Tramp ABŞ və Rusiya arasındakı silahlanma yarışının nəzarətdən çıxdığını, “lakin biz bir daha heç kəsə bizim sahib olduqlarımıza yaxın şeylərə sahib olmağa icazə verməyəcəyik” deyib.

“Washington Post”un yazdığına görə, Tramp, milli təhlükəsizlik müşavirlərinin təqdim etdiyi məsləhət sənədində yazılmış “DO NOT CONRATULATE”, yəni “təbrik etmə” xəbərdarlığına məhəl qoymayıb.

                                                                                                                  

Telefon danışığı zamanı cənab Tramp Qərblə Moskva arasında gərginliyə səbəb olan sabiq kəşfiyyatçı Sergey Skripal və onun qızı Yuliyanın Britaniyada zəhərlənməsi məsələsinə toxunmayıb.

Böyük Britaniya höküməti hücumda Rusiyanı günahlandırsa da, Rusiya ittihamları təkzib edir.

Kreml ABŞ və Rusiya prezidentlərinin telefon danışığını “konstruktiv və işgüzar” adlandırıb və Rusiyanın iki millət arasında olan problemlərin öhdəsindən gəlinəcəyinə ümid etdiyini bildirib.