Tramp Türkiyəyə görə respublikaçıları topladı

tramp-turkiyeye-gore-respublikacilari-topladi
Oxunma sayı: 1449

ABŞ Prezidenti Donald Tramp Respublikaçılar partiyasından olan senat üzvləri ilə görüşüb. 

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı siyasətçilərlə Türkiyə Rusiyadan “S-400” zenit- raket sistemlərini aldığına görə bu ölkəyə qarşı mümkün sanksiya məsələsini müzakirə edib. 

Ağ Evin Mətbuat xidmətinin məlumatına görə, tədbirdə Respublika Partiyası Konqresinin yuxarı palatasının 45 üzvü iştirak edib.

Görüş və onun nəticələri barədə daha ətraflı məlumat verilməyib.

Qeyd edək ki, Türkiyə iyulun ortalarından Rusiyadan “S-400” zenit-raket komplekslərinin komponentlərini almağa başlayıb.