Tramp və Putinin oxşarlığı

tramp-ve-putinin-oxsarligi
Oxunma sayı: 1620

Amerikanın məşhur “Time” nəşri iki dünya liderini bir simada birləşdirib. 

“Qafqazinfo” xəbər verir ki, jurnal  növbəti sayının üz qabığına Helsinki sammitindən sonra dünya mediasının gündəminə çevrilən Vladimir Putin və Donald Trampı yerləşdirib. Fotoda hər iki liderin üz cizgiləri birləşdiririlərək maraqlı görüntü yaradılıb. Bundan başqa “Time”  öz rəsmi tvitter hesabında ABŞ prezindenti Trampın rus həmkarı Putinə çevrildiyini göstərən animasiya yerləşdirib.

Qeyd edək ki, jurnalın sözügedən sayı iyulun 30-u satışa çıxacaq.

Aysel Kərimova