Trampdan Şimali Koreya lideri ilə görüş yeri üçün təklif

trampdan-simali-koreya-lideri-ile-gorus-yeri-ucun-teklif
Oxunma sayı: 1968

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla keçirəcəyi görüş üçün məkan təklif edib.

“Qafqazinfo” xəbər verir ki, Tramp Şimali və Cənubi Koreya arasındakı Panmunjom kəndindəki “Sülh evi”ndə görüşmək istədiyini bildirib.

“Görüş üçün bir neçə ölkə seçimi dəyərləndirilir. Lakin, “Sülh evi” digər ölkələrdə daha məqsədəuyğun olmazmı? Sadəcə soruşuram”, - deyə Tvitterdəki hesabında yazıb.

Xatırladaq ki, Kim Çen In 27 apreldə Cənubi Koreya prezidenti Mun Ce-inlə də Panmunjomda görüşmüşdü.