Trampın prezident seçilməyi ona zərbə oldu - Fotolar

trampin-prezident-secilmeyi-ona-zerbe-oldu
Oxunma sayı: 666

Məşhur pop ulduz Katy Perry “Vogue” jurnalının siması seçilib. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, müğənni fərqli obrazda kamera qarşısına keçib, tanınmış yapon modelyer Comme des Garçonsun kolleksiyasından geyimlər seçib və drammatik makiyajdan istifadə edib. 

Perry jurnala müsahibə də verib. Pop ifaçısının müsahibəsindən çıxarılmış yarımbaşlıq "Vogue"nin üz qabığında əks olunub. 

Katy dinə bağlı bir ailədə böyüdüyünü, ona homoseksuallarla görüşməyə icazə verilmədiyini söyləyib. 

Sənətçi deyib ki, ailə üzvləri tam bir qadın düşmənləridir: “Qadınları kişilərdən ayrı görən və ayseçkilik edən kişilərlə yaşamaq çox çətindir”. 

Perry ABŞ-ın siyasət aləmi barədə də fikirlər səsləndirib. O, Hillari Klintonu dəstəklədiyini, Trampın prezindent seçilməyinin ona zərbə olduğunu vurğulayıb.