“Turan”ın bank hesabları açıldı

turanin-bank-hesablari-acildi
Oxunma sayı: 1588

 Vergilər Nazirliyi “Turan” İnformasiya Agentliyinin (İA) bank hesablarını açıb.  "Qafqazinfo" xəbər verir ki, bu barədə “Turan” özü məlumat yayıb.

Agentliyə qarşı qaldırılmış cinayət işinə xitam verilib-verilmədiyi isə hələ dəqiq məlum deyil.

Qeyd edək ki, sentyabrın 16-da Vergilər Nazirliyinin Bakı şəhər Lokal Vergilər Departamenti 2014-2016-cı illər üzrə “Turan” İnformasiya Agentliyinə təyin etdiyi 37 min manat məbləğində əlavə vergi sanksiyasını ləğv edib.