Türk iş adamı Bakıda öldürüldü

turk-is-adami-bakida-olduruldu
Oxunma sayı: 1549


Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, iyunun 5-də Yasamal rayonu Azərbaycan prospektindəki "Göyçay Kərpisan LTD" MMC-nin ofisində, həmin cəmiyyətdə icraçı direktor işləyən Türkiyə vətəndaşı Alim Məhəmmədin üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyiti tapılıb.

Yasamal Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.