Türkiyə 79 min suriyalıya vətəndaşlıq verib

turkiye-79-min-suriyaliya-vetendasliq-verib
Oxunma sayı: 843

Türkiyə vətəndaşlıq verdiyi suriyalıların sayını açıqlayıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, statistik rəqəmi daxili işlər naziri Süleyman Soylu ölkədə keçiriləcək bələdiyyə seçkilərindən danışarkən açıqlayıb. Nazirin sözlərinə görə, martda keçiriləcək seçkilərdə Türkiyə vətəndaşlığı almış suriyalılar da iştirak edəcək: “Türkiyə 79 min 820 suriyalıya vətəndaşlıq verib. Onlardan yetkinlik yaşına çatmış 59 min 99 nəfər bələdiyyə seçkilərində səsverməyə qatılacaq”.

Qeyd edək ki, Türkiyə martın 31-də bələdiyyə seçkiləri keçirməyə hazırlaşır.

Aysel Kərimova