Türkiyə baş naziri Novruz Məmmədova zəng etdi

turkiye-bas-naziri-novruz-memmedova-zeng-etdi
Oxunma sayı: 2188

Türkiyə baş naziri Binəli Yıldırım Azərbaycanın yeni baş naziri təyin edilən Novruz Məmmədovu təbrik edib.
 

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, Milli Məclisin baş nazir təyin edilməsinə razılıq verməsindən sonra N. Məmmədova zəng edən B. Yıldırım ona vəzifəsində uğurlar arzulayıb.

B. Yıldırım və N. Məmmədov Türkiyə və Azərbaycanın “İki dövlət, bir millət” anlayışı ilə əməkdaşlığının davam edəcəyini, ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyini vurğulayıblar.