Türkiyə Ermənistana nota verdi - - Yenilənib

turkiye-ermenistana-nota-verdi-
Oxunma sayı: 2933


Türkiyə Ermənistan-Türkiyə sərhədində türkiyəli çoban Mustafa Ülkərin erməni silahlıları tərəfindən öldürülməsi ilə bağlı Ermənistana etiraz notası verib. Bu barədə Trend "Hürriyyət" qəzetinə istnadən məlumat verir.

Xatırladaq ki, iyulun 31-də türkiyəli çoban Mustafa Ülkər Ermənistan hərbçilərinin açdığı atəşi nəticəsində yaralanıb və o, aldığı yaralardan vəfat edib.

Qeyd edək ki, çoban itmiş heyvanı axtararkən təsadüfən Ermənistan sərhədini keçib və erməni hərbçilər ona atəş açıblar. Daha sonra çoban saxlanılıb.

Qars vilayətinin Akkaya rayon administrasiyasının rəhbəri Osman Uğurlu bildirib ki, Türkiyə sərhəd batalyonu komandirinin Ermənistan tərəfi ilə apardığı danışıqlar nəticəsində Ülkərin meyiti Türkiyəyə təhvil verilib.

***

Ermənistanın Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin etiraz notasına cavab verib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Armenia Today" Ermənistan XİN-in mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumatda deyilir: "Türkiyə XİN-in Ermənistan-Türkiyə sərhədində türk çobanın ölümü ilə nəticələnən insidentlə əlaqədar reaksiyası ilə bağlı Ermənistan XİN qarşı tərəfə nota göndərib. Notada baş vermiş hadisə ilə bağlı təəssüf və gələcəkdə belə halların baş verməyəcəyinə ümid ifadə edilir".