Türkiyə-Hollandiya siyasi böhranı bitir - Səfirlər yenidən göndərilir

Türkiyə-Hollandiya siyasi böhranı bitir
Oxunma sayı: 4411

2015-ci ildə türkiyəli nazirin Hollandiyadan qovulmasından sonra Türkiyə və Hollandiya arasında yaranmış siyasi böhran 11 mart 2017-ci ildə səfirlərin geri çağırılmasından sonra daha da dərinləşmişdi.

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, bu günlərdə hər iki ölkə münasibətləri normallaşdırmaq qərarına gəlib.

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu NATO Zirvəsi çərçivəsində hollandiyalı həmkarı Stef Blokla görüşü zamanı bu məsələnin müzakirə olunduğunu bildirib:

“Stareji tərəfdaşlığa söykənən çoxşaxəli əlaqələrimizə zərər verən mövcud problemin həll olunması hər iki tərəfin də gözləntisidir. Stef Blok görüşdən sonra mənə məktub yazaraq münasibətlərin normallaşdırılmasını arzuladığını ifadə etdi. Bundan sonra telefonla da danışdıq, atılacaq addımları qərarlaşdırdıq. Həmçinin, onu Türkiyəyə dəvət etdim”.

Yaxın zamanda hər iki ölkənin bir-birilərinə yenidən səfir göndərmələri barədə də razılıq əldə olunub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi