Türkiyə İsrailə bütün çarter reyslərini ləğv etdi

turkiye-israile-butun-carter-reyslerini-legv-etdi
Oxunma sayı: 651

“Qafqazinfo”nun Rusiya saytına istinadən verdiyi xəbərə görə, buna səbəb sərnişin çatışmazlığıdır. Problemin yaranmasına səbəb kimi isə Türkiyənin İsrail ilə diplomatik əlaqələri və hərbi əməkdaşlığı məhdudlaşdırması göstərilir.

Xatırladaq ki, Türkiyə və İsrail arasında münasibətlər “Mavi Marmara” gəmisinə hücum zamanı Türkiyə vətəndaşlarının həlak olması ilə əlaqədar Tel-Əvivin rəsmi üzrxahlıq etməkdən imtina etməsi ilə kəskinləşmişdi. Bunun ardınca isə Türkiyə Ankaradan üç İsrail diplomatının qovulmasını elan etmişdi.

Səidə