Türkiyə mediası yenə də Hadisənin Gəncə səfərindən yazdı

turkiye-mediasi-yene-de-hadisenin-gence-seferinden-yazdi
Oxunma sayı: 4545


 “Qafqazinfo”nun məlumatına görə, “Günaydın” qəzeti “Hadisənin təvazökarlığı ilə azəri pərəstişkarlarını təəccübləndirdi” başlığı ilə müğənninin səfərini yenidən işıqlandırıb: 

“Hadise keçdiyimiz günlərdə Azərbaycanın Gəncə şəhərində pərəstişkarlarıyla görüşdü. Məşhur popçunun Gəncəyə getmək üçün tələb etdikləri azəri mətbuatında əks olunmuşdu. Hadisənin təvazökar istəkləri hər kəsi təəccübləndirdi. 30 nəfərlik bir qrupla Azərbaycana gedən müğənni beş ulduzlu bir oteldə qalmaq istəyib. Hadisənin bir digər tələbi isə 30 nəfərlik qrupuyla birlikdə Gəncəni bir bələdçi ilə gəzmək olub”. 

Qeyd edək ki, Türkiyə mətbuatı konsertdən öncə  ifaçının bir saat üçün 300 min lirə (112.500 manat) tələb etdiyini yazmışdı.